AZ

MY hücumçusunu "Yuventus"un üzvü ilə dəyişmək istəyir

İcarə əsasında "Xetafe"də çıxış edən "Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. 

Qeyd olunub ki, futbolçu "Yuventus" formasını geyinmək ehtimalı var.

Belə ki, "Mançester Yunayted" Qrinvudu Turin klubunun üzvü Qleyson Bremerlə dəyişə bilər.

Qrinvud "Xetafe"nin heyətində 29 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə verib. Qleysonda isə 31 matçda 2 dəfə fərqlənib.
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla