AZ

Əfqanıstanda sel fəlakəti: 70 nəfər öldü

Əfqanıstanda aramsız yağışlar səbəbindən meydana gələn sel fəlakətində ölənlərin sayı 70-ə, yaralıların sayı isə 56-ya çatıb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə İdarəsinin sözçüsü Janan Saeq deyib.

O, sel zamanı 2,5 mindən çox evin dağıldığını və ya zərər gördüyünü, 2 mindən çox heyvanın tələf olduğunu, hektarlarla kənd təsərrüfatı ərazisinin də yararsız hala düşdüyünü bildirib.

Əfqanıstan Meteorologiya Xidməti leysanın daha 4 gün davam edəcəyi barədə xəbərdarlıq edib.

Seçilən
81
5
Mənbələr
Şərh ()
Bağla