AZ

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

Bakı, 18 aprel, AZƏRTAC

Avropada sənaye mühəndisliyi və sənaye menecmenti üzrə ixtisaslaşan tələbələri bir araya toplayan ESTIEM təşkilatının 68-ci Şura Toplantısı keçirilib. Portuqaliyanın Aveiro şəhərində təşkil olunan toplantıda ölkəmizi “Baku ESTIEM” qrupu adından Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Riad Sadıqov və Səriyyə Bağırova təmsil ediblər.

Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Onlar Azərbaycan və AzTU haqqında geniş təqdimatla çıxış edib və sualları cavablandırıblar. Bundan başqa, proqram çərçivəsində təşkil olunan vorkşop və seminarlarda iştirak ediblər.

Qeyd edək ki, toplantıda 77 qrup olmaqla ümumilikdə 300 tələbə iştirak edib.

Seçilən
100
1
Mənbələr
Şərh ()
Bağla