Argentina NATO-nun qlobal tərəfdaşı olmaq istəyir.
News24.az xəbər verir ki, bu barədə Argentina Müdafiə naziri Luis Petri X sosial şəbəkəsində yazıb.
“Mən NATO baş katibinin müavini ilə görüşdüm. Mən ona Argentinanın bu təşkilatın qlobal tərəfdaşı olmaq xahişini özündə əks etdirən məktubu təqdim etdim”, - məlumatda qeyd edilir.
Petri əlavə edib ki, ölkə Argentina ordusunun NATO standartlarına uyğun modernləşdirilməsinə imkan verəcək əlaqələri bərpa etməyə çalışır.
Mehriban Mirzəzadə