AZ

“Kicker” “Qarabağ”ın çempionluğundan yazıb

Almaniyanın “Kicker” nəşri Avropa milli çempionatlarının qalibləri haqqında yazıda “Qarabağ”dan bəhs edib.

İdman.biz xəbər verir ki, yazıda Ağdam klubunun erkən çempionluğu vurğulanıb.

Leverkuzen “Bayer”inin tarixində ilk çempionluğunu qeyd edən nəşr “Qarabağ”ın mövsümün sonuna bir neçə tur qalmış rekord çempionluğunu yazıb: “Azərbaycan və Uels çempionları rekorda imza atıblar. Ağdam klubu 11-ci dəfə ölkə çempionu olub. Qafqaz ölkəsində mövsümün başa çatmasına 6 tur qalmasına baxmayaraq, “Qarabağ” ən yaxın izləyicisi “Neftçi”ni 25 xal qabaqlayır.

“Nyu Seynts” Uels çempionatında ötən il qazandığı titulu qoryub. Bu komanda “Bayer” kimi mövsümü məğlubiyyətsiz davam etdirir. “Nyu Seynts” 22 oyunun 20-də qələbə qazanıb”.

Qeyd edək ki, “Qarabağ” 2023/2024 mövsümünün bitməsinə 8 tur qalmış Azərbaycan çempionu olub. Almaniya Bundesliqasında isə “Bayer” 29 turdan spnra 79 xal toplayaraq, çempionluğu rəsmiləşdirib.

İdman.biz

Seçilən
62
2
Mənbələr
Şərh ()
Bağla