AZ

Kennedi ailəsinin Baydenin seçki kampaniyasına dəstək verəcək

Kennedi ailəsi aprelin 18-də Filadelfiyada keçirilən tədbirdə ABŞ-ın hazırkı prezidenti Co Baydenin yenidən seçilmə kampaniyasını açıq şəkildə dəstəkləmək niyyətindədir. Belə bir addım kiçik Robert Kennedinin prezidentliyə müstəqil namizədliyini "sərt qınamaq" olacaq.

HİT.az xəbər verir ki, bu barədə Amerikanın "Hill" qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Prezident Bayden atamın və əmilərimin müdafiə etdiyi bütün hüquq və azadlıqların müdafiəçisi idi... Mən təsəvvür edə bilərəm ki, Donald Trampın hədsiz yalanları və davranışları qürurla Baş prokuror vəzifəsində çalışan atam Robert Kennedini necə dəhşətə gətirəcəkdi", nəşr Robert Kennedinin bacısı Kerri Kennedinin çıxışından sitat gətirir. 

Onun bu sözlərlə tədbirdə çıxış etmək niyyətində olduğu bildirilir.

Qeyd olunur ki, Bayden kampaniyası cümə axşamı günü keçiriləcək tədbirdə hazırkı prezidentlə yanaşı "Kennedi klanı"nın 15 üzvünün də iştirakını gözləyir.

Qəzetin yazdığına görə, bu inkişaf təəccüblü deyil, çünki Kerri Kennedi və digər ailə üzvləri kiçik Robert Kennedinin prezidentliyə namizədliyini bəyənmədiklərini bildiriblər və onun seçki kampaniyasından uzaqlaşmağa çalışıblar.

Samir

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla