AZ

58 yaşlı Romario futbolçu karyerasını bərpa etdi

Əfsanəvi braziliyalı ulduz Romario klub prezidenti vəzifəsini tutduğu, Rio-de-Janeyronun “Amerika” klubunun iştirak ərizəsinə daxil edilib.

Arena.az məlumat verir ki, Romarionun 58 yaşı var, prezidenti olduğu “Amerika” isə Braziliya D Seriyasında çıxış edir.

“Anlayın ki, mən çempionluq uğrunda mübarizə aparmıram, amma ürəyimdəki komanda üçün bir neçə oyun oynamaq istəyirəm. Bundan əlavə, mən daha bir arzunu həyata keçirməyə hazırlaşıram: oğlumla oynamaq arzusunu”, – ESPN portalı veteran Romarionun sözlərini sitat gətirir.

Romarionun oğlunun 30 yaşı var.

Romario 1994-cü ildə ABŞ-da keçirilmiş FIFA Dünya Kubokunda Braziliya millisinin heyətində dünya çempionu olub. “Bəstəboy” ləqəbli Romario həmin mundualda 5 qol vurub, Braziliya millisinin dünya çempionu olmasında müstəsna xidməti olub və yarışın ən yaxşı futbolçusu seçilib.

Romario Avropada “PSV Eyndhoven”, “Barselona” və “Valensiya”da, həmçinin Braziliyada “Vasko da Qama”, “Flamenqo” və Fluminensedə çıxış edib. “Bəstəboy” buna qədər “Amerika” üçün son oyununu 2009-cu ildə keçirmişdi.

Vurğulayaq ki, Romario Braziliyada xalq arasında çox sevilir. Belə bir söz var ki, “Bəstəboy” istənilən evin qapısını açarsa, o evin adamı olacaq qədər hörmətə sahibdir.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla