AZ

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB

Hacıqabulda

Hacıqabul, 18 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabul rayonunda qatarın vurduğu qadın xəstəxanada ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəmir yolu xəttinin Hacıqabul rayonu ərazisində qatarın vurduğu İbrahimova Təhminə Əhəd qızının həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

18:06

Hacıqabul rayonunda qatar qadını vurub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 16 radələrində dəmir yolu xəttinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib.

Dəmir yolu xəttini keçmək istəyən İbrahimova Təhminə Əhəd qızını qatar vurub.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Seçilən
58
2
Mənbələr
Şərh ()
Bağla