AZ

“ABŞ və İsrail Rəfah əməliyyatı ilə bağlı danışıqlar aparacaq” – KİV


“ABŞ və İsrail yəhudi dövlətinin Qəzza zolağının cənubunda mümkün hərbi əməliyyatı ilə bağlı bu gün telekonfrans vasitəsilə görüşəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Bildirilir ki, danışıqlarda ABŞ nümayəndə heyətinə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, İsrail nümayəndə heyətinə isə ölkənin strateji planlaşdırma naziri Ron Dermer və Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaçi Haneqbi rəhbərlik edəcək.
Qeyd edilir ki, ABŞ rəsmiləri İsrailin 13 aprel hücumuna görə İrandan qisas almaqdan imtina etməsindən sonra Vaşinqtonun Rəfah əməliyyatına yaşıl işıq yandırmağa razı olduğu barədə xəbərləri təkzib ediblər. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, işçi qrupunun iclaslarında İsrail tərəfinin təqdim etdiyi planlara əsasən, İsrail Müdafiə Qüvvələri (IDF) hərbçiləri Rəfahın tam işğalını planlaşdırmır, lakin tədricən ayrı-ayrı məhəllələrdə əməliyyat keçirmək niyyətindədirlər.
“Axios”a danışan ABŞ administrasiyasının rəsmisi bildirib ki, Qəzza zolağında humanitar vəziyyət, Vaşinqtonun nöqteyi-nəzərindən, ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında iki həftə əvvəl baş tutan söhbətindən sonra xeyli yaxşılaşıb.
Seçilən
190
17
Mənbələr
Şərh ()
Bağla