AZ

Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan xarici ölkələrdən 38 milyon 57 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar alıb.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 157 min ABŞ dolları, yaxud da 27,2% çoxdur.

 2023-cü ilin birinci rübündə bu məhsulun idxalına çəkilən xərc 29 milyon 900 min ABŞ dolları olub.

Cari ilin birinci rübündə xaricə satılan kakao və ondan hazırlanan məhsulların dəyəri 2 milyon 583 min ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 310 min ABŞ dolları və ya 13,6% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin birinci rübündə kakao və ondan hazırlanan məhsulların idxalı ümumi idxalın 1,03 faizini, ixrac isə ümumi ixracın 0,04 faizini təşkil edib.

Əvəz Həsənov

Seçilən
78
1
Mənbələr
Şərh ()
Bağla