AZ

İsrailə hücum gecəsi İsveçrə səfiri SEPAH-a çağırılıb

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum zamanı İsveçrə səfirini çağırıb. Bu məlumatı “The New York Times” təsdiqləyib.

İran daxili işlər nazirinin müşaviri Müctəba Əbtahi daha əvvəl iddia etmişdi ki, İranın İsrailə ilk birbaşa hücumu zamanı İsveçrə səfiri səhər saat 3-də Xarici İşlər Nazirliyi əvəzinə SEPAH-ın inzibati binasına çağırılıb.

IRGC

Tehran İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna endirdiyi hava hücumuna cavab olaraq şənbə gecəsi 350 və ya daha çox raket və döyüş pilotsuz uçus aparatı vasitəsilə zərbə endirməyə çalışıb.

ABŞ və digər müttəfiqləri tərəfindən dəstəklənən İsrail qüvvələri, təhdidlərin təxminən 99%-nin məhv edildiyini, digərlərinin isə heç bir ziyana səbəb olmadığını bildirdi.

SEPAH İsveçrə səfiri Nadine Lozanonı, Xarici İşlər Nazirliyi əvəzinə SEPAH-ın inzibati binasına çağıraraq diplomatik protokolu pozub. Səfir xanıma xəbərdarlıq edilib ki, “ABŞ ən kiçik bir tədbir görsə, SEPAH bütün regionu məhv edəcək və bu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Tehrandakı əsl siyasi gücünü göstərir”.

IRGC

1980-ci ildən ABŞ-ın İrandakı səfirliyinə hücumdan sonra İsveçrə ABŞ-ın İranda maraqlarının təmsil olunmasında mühüm rol oynayıb. Bu, gərginliyin artması zamanı ABŞ-ın İrandakı maraqları üçün vasitə rolunu oynayır. Lakin səfirin hərbi bazaya çağırılması, diplomatik protokolların açıq şəkildə pozulmasıdır. İsveçrə və ABŞ diplomatik protokolun bu şəkildə pozulmasına hələlik cavab verməyiblər.

visiontv.az



Seçilən
87
Mənbələr
Şərh ()
Bağla