AZ

"Neftçi" finala çıxa bilmədi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçının adına aydınlıq gəlib.

Futbolpress.az xəbər verir ki, "Murov Az Terminal" "Neftçi" ilə qarşılaşıb. Matç birincilərin 3:0  (25:20, 25:21, 25:19) hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında keçirilən ilk görüşdə "Neftçi" eyni hesabla məğlub olmuşdu. 

"Murov Az Terminal" finalda “Azərreyl”lə üz-üzə gələcək.
Seçilən
70
32
Mənbələr
Şərh ()
Bağla