Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub.
BiG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib.
Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudalı zəlzələ isə 40 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələlər Ehime, Koçi, Oita və Xirosima prefekturalarında hiss edildikdən sonra sunami xəbərdarlığı edilməyib.
Bunqo-suido boğazı Seto-iç dənizini və Filippin dənizini birləşdirir.
BiG.Az