AZ

İki zolağın arasıyla gedən sürücü qarşı tərəfi günahlandırdı - VİDEO

Binəqədi rayonu Biləcəri qəsəbəsində qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Hərəkətdə olan “Yango” taksi şirkətinə məxsus “Toyota Prius” markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində yerləşmə qaydasını pozub. Belə ki, o, iki zolağın arasıyla gedərək digər hərəkət iştirakçısına maneə törədib. Bu zaman digər avtomobilin sürücüsü “Dayı, sağ zolaq da eyni istiqamətə dönür” deyərək iradını bildirib. Lakin sürücü “O boyda yeri zəbt etmisən, məni də xətdən çıxardırsan” deyərək törətdiyi qayda pozuntusunu danıb və qarşı tərəfi günahlandırıb. 

Nərmin

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla