AZ

Lisenziyalaşdırma Qrupundan cavab: mövsümün sonunu gözləyin!

1-ci liqada çempionluğa can atan komandalardan bəzilərinin premyer-liqada iştirak üçün lisenziya almaq istəyi ilə bağlı xəbərlər mediada yayılmaqdadı.

“Football-plus.az” xəbər verir ki, həmin xəbərlərdə MOİK, “İmişli”, “Şamaxı” və “Zaqatala”ya elitada iştirak üçün lazım olan lisenziyanın verildiyi, “Qaradağ Lökbatan”a isə adını və şəhərini dəyişəcəyi təqdirdə lisenziyanın veriləcəyi deyilir. Adətən, lisenziyalaşdırma ilə bağlı məsəslələr mövsümün sonunda həllini tapdığı üçün bu xəbərin nə dərəcədə dəqiq olub-olmadığı maraq doğurdu.

Məsələni daha da aydınlığa çıxarmaq üçün AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovla əlaqə saxladıq:

“Lisenziyaların verilməsiylə bağlı qərar sirli olmur. Biz onu AFFA-nın rəsmi saytında yerləşdirəcəyik. Mayın 15-nə qədər UEFA lisenziyaları, mövsümün sonunda isə premyer-liqa və 1-ci liqa lisenziyalarıyla bağlı qərar veriləcək. Hələ ki proses davam edir. Klublar sənədlərini təqdim edirlər deyə qərar qəbul edilməyib. Bu üzdən hələlik rəsmi məlumat yoxdu. Kimlərin lisenziya alıb-almayacağı mövsümün sonunda bilinəcək. Komissiya sənədləri araşdırandan sonra müvafiq qərarları qəbul edəcək”.

KAMAL SƏFƏR
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla