AZ

Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR

Ukrayna Premyer Liqasında yarışan "Obolon" klubunun azərbaycanlı futbolçusu Dmitri Nağıyev Azərbaycana qayıtmaq haqqında düşünür. 

Bizim.Media xəbər verir ki, 28 yaşlı müdafiəçiyə Premyer Liqamızda yarışan bir neçə klubdan təklif var. 

Sağ cinah müdafiəçisi hazırda həmin təklifləri nəzərdən keçirir. "Obolon"la müqavilə müddəti mövsümün sonunda başa çatacaq Nağıyev maliyyə şərtləri normal olacağı təqdirdə Azərbyacana dönə bilər.

Nağıyevin xidmətində "Araz-Naxçıvan", "Turan Tovuz" klubları maraqlıdır. "Dnepr" yetirməsi olan azərbaycanlı futbolçu "Qarabağ Vyana", "Sumqayıt", "Ştumbras", "Dinamo-Avto", "İnqulets" komandalarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla