AZ

“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”

“Azərbaycan xalqı, Azərbaycan dövləti erməni vəhşiliklərinə qarşı mübarizədə daim beynəlxalq hüquq və ədalət prinsipini rəhbər tutub, məlum cinayətlərin bu rakursdan qiymətləndirilməsini istəyirb”.

 

Bunu Moderator.az-a açıqlamasıdna millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, bu gün də Azərbaycanın Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə cəlb etməsi məhz bununla əlaqədardır:

 

“Azərbayacn dövləti hər zaman öz humanizmi, ədalətli mövqeyi ilə tanınıb, beynəlxalq hüquq və konvensiyaların tələblərinə əməl edib.

 

Vətən müahribəsi və ondan əvvəlki dönəmlərdə erməni faşizmi xalqımıza qarşı ağır cinayətlər törədib, soyqırımları həyata keçirib. İnsanlarımızdan tutmuş daşımıza, torpağımıza, təbiətimizə qədər hər şey erməni faşizminin hədəfi olub.

 

Biz müharibə meydanında öz sözümüzü demişik və ərazi bütövlüyümü təmin etmişik. Lakin Ermənistanın həm də beynəlxalq hüquq baxımından cəzalandırılması vacibdir. Ermənistan beynəlxalq məhkəmələrin vasitəsilə ifşa olunmalı, etdiyi cinayətlərə görə cavab verməlidir. Bu, haqqın, ədalətin, beynəlxalq hüququn öz yerini alması baxımından zəruridir.

 

Biz hər zaman ədalət axtarmışı, intiqam yox! Bu gün də axtardığımız və istədiyimiz yalnız ədalətdir. Tez və ya gec bu ədaləti təmin edəcəyik!”.

 

Seymur ƏLİYEV

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla