AZ

AŞPA Putini legitim prezident kimi tanımaqdan imtina edib - QƏTNAMƏ

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Vladimir Putini Rusiyanın legitim prezidenti kimi tanımaqdan imtina edib.

Azpost.info xəbər verir ki, bu barədə AŞPA-nın saytında dərc olunmuş qətnamədə bildirilir.

Sənəddə Putinin 2024-cü ildə azad və ədalətli olmayan seçkilər nəticəsində prezident olduğu və mövcud rejimin demokratiyaya qarşı müharibə apardığı deyilir.

AŞPA hesab edir ki, Rusiya bu gün hər hansı siyasi müxalifətin mövcudluğunu qadağan edən dövlətə çevrilib.

“Vladimir Putinin heç bir həqiqi rəqibinin namizədliyinə belə, icazə verilməyib. Üstəlik, bu seçkilər üçün Rusiya tərəfindən müvəqqəti işğal edilmiş suveren Ukrayna ərazisində və Dnestr çayının sol sahilinin Moldovanın inzibati-ərazi vahidlərində seçki məntəqələri açılıb ki, bu da BMT Nizamnaməsi və dövlətlərin suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyü prinsipinin kobud şəkildə pozulması deməkdir”, – qətnamədə deyilir.

AŞPA Avropa ölkələrini Rusiya ilə humanitar əlaqələr istisna olmaqla, bütün əlaqələri dayandırmağa çağırıb.

Azpost.info

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla