AZ

Uğurlarımıza görə BAŞINA DAŞ DÜŞƏNLƏRİN İÇ ÜZÜ – TƏHLİL

Dəfələrlə qeyd olunub ki, müxalifət düşərgəsində təmsil olunmaq heç də dövlətin və xalqın əleyhinə mövqe tutmağa, ölkəmizlə bağlı həqiqətləri danmağa, inkar etməyə əsas vermir və bunu müxalifətçilik hesab etmək ən azından yanlışlıq və böyük səhvdir. Öz ölkəsinin, öz xalqının maraqlarının əksinə çıxış etmək, mövqe sərgiləmək, uğurlarını, nailiyyətlərini, qələbələrini danmaq, inkar etmək müxalifətçilik yox, xəyanətkarlıq və düşmənçilikdir. Bir düşmən kimi ölkəmizin, xalqımızın uğurlarını danan və Azərbaycanın qələbələrini, nailiyyətlərini həzm edə bilməyənlərin başına məhz sülhməramlıların ərazilərimizi tərk etməsi ilə təkcə daş düşmədi, üç üzləri, simasızlıqları da bir daha öz təsdiqini tapdı.

Qələbələrimizi, diplomatik nailiyyətlərimizi danmaq ikrah, nifrət yaradır, çünki bunun adı xəyanətkarlıqdır

Rusiya sülhməramlılarının ölkəmizin ərazilərini tərk etməyə başlamasının erməni cəmiyyətində niyə böyük bir rezonans doğurduğunu başa düşmək heç də çətin deyil. Heç bir israr olmadan sülhməramlıların məhz Azərbaycanın Qarabağ ərazilərini iki ölkənin ali rəhbərliyinin qərarı ilə tərk etməkdə olmasına ermənilərin böyük qısqanclıqla yanaşması əlbəttə ki, anlaşılandır. Ermənistan ərazisində Rusiyaya məxsus 102-ci bazanın çıxarılması ilə bağlı hay-küy qoparan, amma qarşı tərəfdən buna məhəl belə qoyulmadığını görən hayların indi ölkəmizin ərazilərini sülhməramlıların tərk etməkdə olduğunu müşahidə etdikləri zaman hansı hislər keçirdiyinin, hansı şəkildə qıcıqlandığının məhz Ermənistana məxsus mətbuat səhifələrində belə öz əksini tapması təəccüb doğurmur. Amma sapı özümüzdən olan baltaların, ölkə hüdudlarından kənarda dövlətimiz, xalqımız əleyhinə sayıqlayan və nailiyyətlərimizə kölgə salmağa çalışan və bunu özünə rəva bilənlərin, içimizdə olan və müxalifətçi kimi özünü göstərməyə çalışanların uğurlarımızı, qələbələrimizi, diplomatik nailiyyətlərimizi danmaları nəinki təəccüb doğurur, ümumiyyətlə çox böyük bir ikrah, həm də nifrət yaradır, çünki bunun adı xəyanətkarlıqdır. Məhz bu xəyanətkarlıqları fonunda da iç üzləri ortaya çıxır ki, bu da qətiyyən nəzərdən qaçan deyil.

Sülhməramlıların ərazilərimizi tərk etməyə başlaması ilə bir çoxlarının başlarına daş da düşdü, iç üzləri də ifşa olundu

Doğrudur, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlılarının ölkəmizin Qarabağ ərazisində müvəqqəti, daha dəqiq desək, 2025-ci il tarixinə qədər beşillik müddətə yerləşdirilməsi simvolik xarakter daşıyıb. Eyni zamanda etiraf etmək lazımdır ki, ABŞ və Fransa kimi bölgəyə burun soxmaq istəyən dövlətlərin müdaxilə etməsinə imkan verməmək üçün rus sülhməramlıların ərazilərimizdə yerləşdirilməsi o zaman lazım gəlirdi, labüd idi. Amma bu o demək deyildi ki, Rusiya sülhməramlıları əbədi olaraq, yaxud uzun müddətə ərazilərimizdə qalacaqlar və getmələri də mümkünsüz sayıla bilməz. Hələ 2020-ci il həmin sülhməramlıların yenicə ərazilərimziə yerləşdirildiyi zaman dəfələrlə qeyd olunurdu ki, onlar ərazilərimizi mütləq tərk edəcəklər, lakin buna inanmaq istəməyən, bununla bağlı öz məntiqsiz, əsassız iddialarını ortaya qoymağa çalışanlar daş atıb baş tuturdular ki, sülhməramlılar artıq Azərbaycan ərazilərini tərk etməyəcəklər və guya ərazilərimizdə əbədi olaraq qalacaqlar. İndi onların fikirlərinin də, ideyalarının da cəfəngiyyatdan başqa bir şey olmadığı öz təsdiqini tapdı və sülhməramlıların ərazilərimizi tərk etməyə başlamaları ilə başlarında daş da düşdü, bunu etiraf etməkdən boyun qaçıqmaları ilə iç üzləri də ifşa olundu.

Rradikal müxalifətin xəyanətkarlığını, satqınlığını, ölkəmizə qarşı düşmənçiliyik mövqeyini görürük

Ümumiyyətlə, müxalifət kimi özünü göstərməyə çalışan xəyanətkarların yumşaq şəkildə desək, “proqnozlarının” özünü doğrultmadığının dəfələrlə şahidi olmuşuq. Hətta görmüşük ki, qələbələrimizə, uğurlarımıza xələl gətirmək niyyəti ilə onlar dəfələrlə and-aman edərək reallıqları inkar etməyə çalışıblar. “Qarabağın bircə qarış torpağı işğaldan azad olunsa qulağımı kəsərəm”, deyən Qabil kimi xəyanətkarlar, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə olmaqla, bir sıra ərazilərimizin işğal altında qaldığı barədə bar-bar bağırıb düşmən dəyirmanına su tökən və bununla 44 günlük savaşdakı qələbəmizə xələl gətirməyə çalışan, şəhidlərimizin ruhuna hörmətsizlik edən satqınlar, radikal müxalifətçilər, eləcə də, Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Qarabağdan çıxacağı təqdirdə cənab Prezident İlham Əliyevə “bravo”, “Müzəffər” deyəcəyini söz verən namərdlər qulaqlarını kəsmələr də, heç olmasa ağızlarını büzmədən, əymədən reallıqları etiraf etmirlərsə, deməli, iç üzlərini ortaya qoymuş olurlar. Rusiya hərbi kontingenti Azərbaycan ərazilərini tərk edir, amma Osmanqızı Sevinc sözünü tutmur və etiraflar etməkdən boyun qaçırır. Bir sözlə, sözündən qaçmaqla simasızlıq edir və onun bu simasızlığını, iç üzünü artıq növbəti dəfə müşahidə etmiş oluruq. Təkcə onun yox, ümumiyyətlə, radikal müxalifətin həm xəyanətkarlığını, həm düşmən dəyirmanına su tökən satqınlığını, həm bununla ölkəmizə qarşı düşmənçiliyik mövqeyini görürük.

Düşmən tərəfi müdafiə edən simasizların demək olar, artıq açılmayan iç üzü qalmayıb

Heç şübhəsiz ki, millətinə, xalqına, dövlətinə, öz ölkəsinə, yurduna düşmənçilik edənlər növbəti dəfə yanıldıqlarının özləri hamıdan çox fərqindədilər. Ölkəmizin hakimiyyətini, dövlətimizi guya məhz Qarabağı ruslara satmaqda günahkar kimi qələmə verməyə çalışanlar, ölkəmizə qarşı şər atanlar, Qərbin oyuncağı, marioneti olaraq Azərbaycana qarşı kin qusanlar, möhtəşəm qələbəmizi, Zəfərimizi gözdən salmağa çalışanlar Rusiya sülhməramlılarının ərazilərimizi tərk etməyə başlamaları ilə həm mənəvi, həm psixoloji, həm də siyasi baxımdan darmadığın edildilər və bunun onlar üçün iflas olduğunu da anlamaqdadırlar. Amma bunu etiraf etməməklə simasizlıqlarını, iç üzlərini bir daha ortaya qoymuş olurlar və növbəti dəfə göstərirlər ki, onlar Amerikada və Avropada olan ermənipərəstlərin, ümumiyyətlə, erməni lobbisinin maraq və mənafelərinə qulluq edirlər. Bunun adı isə müxalifətçilik yox, düşmənçilik və xəyanətkarlıqdır ki, belə bir ikrah doğuran mövqeləri, əməlləri ilə iç üzlərini ifşa etməkdən belə çəkinmirlər.

Milli maraqlarımız naminə həmrəy ola bilməyən, ümimiyyətlə belə bir həmrəyliyə maraq da göstərməyən Sevinc Osmanqızı kimi, Qabil kimi, Tural Sadıxlı kimi, Məhəmməd Mirzəli kimi, eləcə də Əli Kərimli və onun kimi şəxslərin sərgilədikləri mövqe onların əsl simalarını, daha doğrusu simasızlıqlarını çoxdan ortaya qoyub. Vətən müharibəsi zamanı düşmən tərəfi müdafiə edən bu simasizların Qarabağın işğaldan azad olunmayacağını, erməni separatçılarının Xankəndidən çıxarılmayacağını iddia edərək ictimai rəyi çaşdırmağa çalışmaları onların ermənidən də betər erməni, düşmən olduqlarını bir daha təsdiq etdi və tam əminliklə deyə bilərik ki, həmin simasızların demək olar ki, artıq açılmayan iç üzü qalmayıb. Xankəndi, Ağdərə, Xocalı, Xocavənd işğaldan azad edildikdən sonra da olsa əleyhimizə danışdıqları üçün ağızları qurumalı olan xəyanətkarlar bircə dənə Rusiya sülhməramlılarının ərazimizdə olmasını əllərində bayraq etməyə çalışırdılarsa, indi bu barədə də ağızlarını əyə, köndələn qoya bilmirlər. Amma bununla belə ölkəmizin uğurlarını etiraf etmirlər. Elə bil ki, Azərbaycan uğurlara, nailiyyətlərə, qələbələrə, Zəfərə imsa atdıqca onların başlarına daş düşür. Ona görə də həmin o qaraguruhun təmsilçiləri dörd ilə yaxındır ki, xaqımızın mükəmməl qələbəsinə kölgə salmaq, hala zəhmətinə haram qatmaq üçün əllərindən gələni edilər. Bununla da onlar öz simasızlıqları, xəyanətkarlıqları ilə öz canlarını Vətən uğrunda qurban verən şəhidlərimizin ruhunu incidir, onlara qarşı hörmətsizik edir, qazilərimizin belə yaralarına köz basırlar. Bax budur Azərbaycanın qələbələri, uğurları, nailiyyətlərinə görə həmin o başlarına daş düşən xəyanətkarların iç üzü...

Müəllif: İnam Hacıyev
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla