AZ

Çin artım üçün daxili mənbələrdən istifadə etməlidir - Kristalina Georgiyeva

Vaşiniqton. Trend:

Çin artım üçün daxili mənbələrdən istifadə etməlidir.

Trend xəbərverir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçıdirektoru Kristalina Georgiyeva BVF-in Vaşinqtonda keçirilən yaziclasları çərçivəsində qlobal siyasət üzrə brifinqdə deyib.

"Çinə səfər etmək imkanım oldu və Çin rəhbərliyi ilə ölkəninartım perspektivləri barədə nə düşündüklərini müzakirə etdim.Gəldiyim əsas nəticələr bunlardır ki, birincisi Çin yol ayrıcındayerləşir. Ölkə gələcək üçün artım strategiyasını müəyyən etməlidir.Üstəlik, son on il ərzində Çin ixraca yönəlmiş müəyyən siyasətkompleksinə əsaslanıb. Lakin artıq artım üçün daxili mənbələrdənistifadə etməyin vaxtı çatıb", - o deyib.

K.Georgiyeva qeyd edib ki, BVF Çin üçün 3 mühüm imkanıgörür.

"Birincisi, iqtisadiyyatı daxili istehlak istiqamətindədəyişmək. Əslində bu, Çinin ikili sirkulyasiyaya malik iqtisadiyyatyaratmaq səylərinə uyğun gəlir. İstehlakçılarda daha çox əminlikyaratmaq və onlara daha çox xidmət, məhsul təklif etmək lazımolacaq. Bilirik ki, Çində səhiyyə xidmətləri əhəmiyyətli dərəcədəgenişləndirilə bilər", - o deyib.

İcraçı direktorun sözlərinə görə, ikincisi, Çinə müsbət təsirgöstərmiş islahatlara yenə də ehtiyac var.

"Sonuncu, lakin önəmli məqam budur ki, müəyyən problemlər var vəonların necə həll olunacağı Çində artıma təsir göstərəcək. Bunundaha aşkar nümunəsi daşınmaz əmlak sektorudur. Çində insanlar mülkəqənaət etmək vasitəsi kimi baxırlar və daşınmaz əmlak qiymətləriucuzlaşanda qənaət edilən bu vəsait azalır. Bu, istehlakçılarınetibarına təsir göstərir. Bu səbəbdən sözügedən sektorda dahaqətiyyətli tədbirlər şübhəsiz, Çinə kömək edəcək", - deyəK.Georgiyeva əlavə edib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq ValyutaFondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinəbaşlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 apreltarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərindəkeçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-MaliyyəKomitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ vəBVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə vəinkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaşcəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir arayagələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünyaiqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılmasıvə iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla