AZ

Əbu-Dabi-İrəvan təyyarəsini ildırım vurdu və pəncərəsi ÇATLADI

Əbu-Dabi-İrəvan təyyarəsini uçuş zamanı ildırım vurub və pəncərəsi çatlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

İki gün əvvəl Əbu Dabidən İrəvana uçan Wizz Air təyyarəsi möcüzəvi şəkildə qəzadan xilas olub.

Məlumata görə, Əbu-Dabi hava limanından havaya qalxdıqdan on dəqiqə sonra Dubay üzərində səmada uçan təyyarəni ildırım vurub və nəticədə pəncərələrdən biri çatlayıb.

Gözlənilməz vəziyyət Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) güclü yağışlar, tufanlar və güclü küləklə üzləşdiyi gün baş verib. Nəticədə pilotlar təcili olaraq kursu dəyişməli və hava limanına qayıtmalı olublar.

“Təyyarədə çaxnaşma başladı, onlar təyyarənin düşdüyünü zənn etdilər. Lakin pilotların peşəkarlığı sayəsində Əbu-Dabi hava limanına təhlükəsiz eniş edə bildilər”, – media yazıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla