AZ

Hakimlər üçün "yalan dedektoru" - Andrey Şevçenkonun YENİ TƏKLİFİ

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenko hakimlərin yalan detektoru vasitəsilə yoxlanılması sistemini tətbiq etmək istəyir.

 

Sfera.az bildirir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb. Xatırladaq ki, Şevçenko bu il yanvarın sonunda UAF prezidenti seçilib.

 

Ukrayna futbol rəsmiləri UAF prezidenti postuna vakant olan yeganə namizəd olan Andreyin təyinatını yekdilliklə dəstəkləyib. O, Ukrayna Futbol Assosiasiyasının tarixində altıncı prezident olub.

 

Qeyd edək ki, Andrey Şevçenko Ukrayna millisinin tarixinin ən yaxşı bombardiridir. "Dinamo Kiyev", "Milan" və "Çelsi"nin keçmiş hücumçusu 111 oyunda 48 qol vurub.

 

Fatimə Lətif

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla