AZ

Kanadalı oyunçu “Napoli”yə “hə” dedi

Conatan Deyvid karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

İdmanxeber.az “La Gazzetta dello Sport”a əsasən məlumat verir ki, kanadalı forvard “Napoli”yə keçməyə razılıq verib. O, Neapol klubunda ilinə 3 milyon avro məvacib alacaq.

23 yaşlı hücumçuyla maraqlanan klublardan biri də “Çelsi” idi.

Conatan Deyvid dörd ildir “Lill”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 23 qol vurub və 7 məhsuldar ötürmə edib.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla