AZ

"Neftçi"nin idman direktoru jurnalistlərin qarşısına çıxacaq

“Neftçi”nin idman direktoru Yens Anderssonun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Sportinfo.az xəbər verir ki, aprelin 19-u saat 12:00-da “Neftçi Arena”da keçiriləcək tədbirdə isveçli klub rəsmisi jurnalistlərin suallarını cavablandıracaq.

Avropanın təcrübəli, tanınmış futbol funksionerlərindən olan Andersson İsveçin “AİK Solna” (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk Split” (2013), Danimarkanın “Aarhus” (2014-2016) kimi klublarında və İsveç millisində (2022-2023) idman direktoru vəzifəsində çalışıb. Bir müddət İsveçin bütün yaş qrupu üzrə milli komandalarında, həmçinin uğurlu çıxış edən qadınlardan ibarət milli komandada keçirilən islahatlarda böyük pay sahibi olub. 2023-cü ilin sentyabrından “Neftçi”nin idman direktorudur.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla