AZ

Danimarka Ukrayna istehsalçılarından silah alan ilk ölkə oldu

Danimarka bu yaxınlarda Ukraynaya yeni yardım paketi ayırıb. Vəsaitin bir hissəsi Ukrayna Silahlı Qüvvələri üçün Ukrayna şirkətləri tərəfindən istehsal olunacaq silahlara xərclənəcək.

“İki sahil”in məlumatına görə, bu barədə "RBK-Ukraina" strateji sənaye naziri Aleksandr Kamışinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, söhbət 28,5 milyon dollardan gedir. Departamentdən bildirilib ki, bu, Müdafiə Qüvvələri üçün hərbi məhsulların Ukrayna istehsalçılarından başqa dövlətin hesabına alınması ilə bağlı ilk və indiyədək görünməmiş qərardır.

Eyni zamanda , nazir bildirib ki, Ukraynanın müdafiə sənayesinin gücü təqribən 20 milyard dollardır. Lakin  Ukraynanın silah alışı üçün cəmi 6 milyard dolları var.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla