AZ

Politoloq: "İran bu hadisə ilə ilk dəfə iç üzünü göstərdi"

“İsrail-İran qarşıdurmasına göstəri, şou da deyirlər, hərə bir cür qiymətləndirir. Ancaq üç yüzdən çox PUA-nın və təbii ki, qanadlı və ballistik raketlərin İsrailə atılması haqqında belə bir yanaşma var ki, öncədən ABŞ-yə bildirilmişdi. Eynizamanda İsraildə xəbərdar edilmişdi. Buna görə də həmin raketlər və PUA-ların demək olar ki, 99%-i heç İsrail ərazisinə çatmamış zərərsizləşdirildi. Anlaşılan odur ki, İran sadəcə olaraq güc nümayiş etdirdi ki, bunun raketləri, PUA-ları var. İstəsə cavab verə bilər. Amma konkret olaraq İsrailə zərbə vurmaq, zərər yetirmək niyyətinin olmadığını da ortaya qoydu. Düzdür, burada Türkiyənin də öncədən xəbərdar edilməsi, hətta Türkiyə vasitəsilə Birləşmiş Ştatlara və İsrailə xəbərdar edilməsi ilə bağlı məlumatlar mətbuatda yer alır. Lakin daha çox Birləşmiş Ştatların bilavasitə nəzarətində, bilgisi daxilində bu atəşfəşanlığın baş tutduğu da deyilir. Əlbəttə, əslində böyük mənada İsrailin zərər görməməsi çox yaxşıdır. Zatən İsrail Azərbaycanın etibarlı tərəfdaşıdır. İranın da İsrailə qarşı bu hərəkəti ciddi nəticələr doğurardısa, təbii ki, İsrail də onun qarşılığını verəcəkdi. Bu qarşılıqisə İranda çox ciddi problemlər yaradardı. Eyni zamanda, orada yaşayan bizim soydaşlarımız üçün də hansısa təhlükəli hisslər yaradardı”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

O qeyd edib ki, bəlkə də məsələnin belə zərərsiz ötüşməsi bizim maraqlarımız, Azərbaycanın da çıxarları baxımından doğru oldu.

“Amma görünən odur ki, İran bu hadisə iləilk dəfə iç üzünü göstərdi. Artıq bütün dünya bildi ki, bu bir razılaşdırılmış əməliyyatdır və həmçinin daha çox ola bilsin ki, İran daxilində olan narazılığı aradan qaldırmaq üçün həyata keçirildi. Hesab etmək olar ki, İran öz hədəfinə çatdı. Belə bir təəssürat yarandı ki, İran cavab verdi. Ancaq bu cavabın nə qədər effektiv, səmərəli olması təbii ki, önəmli deyildi. Görünür, İranın əslində heç belə bir niyyəti də yox idi. Yəqin ki, elə bunu da nəzərə alıb İsrailə cavab vermədi. ABŞ-da əlbəttə, öz tərəfindən İsrailə, İrana qarşı hər hansı bir hücum etməməyi tövsiyə etdi. İran növbəti dəfə nəyə qadir olduğunu nümayiş etdirdi və bununla da demək olar ki, İsrail-İran qarşıdurmasının birinci pərdəsi, hissəsi belə yekunlaşdı”.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21693
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19445
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18315
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17775
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17184
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17063
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16207
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15620
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12138
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11303
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9715
"Zaur, yenə çaşdın..." - VİDEO
8895
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8643
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8071
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7650
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7252
Minimum əmək haqqı nə qədər arta bilər?
7122
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6460
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5819