AZ

ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub

ADY:
Bu gün saat 16:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb. 1news.az bu barədə QSC-yə istinadən xəbər verir.
Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

“ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”,- deyə məlumatda qeyd edilib.

Seçilən
30
11
Mənbələr
Şərh ()
Bağla