AZ

Hacıqabulda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub

Bakı. Trend:

Bu gün saat 16:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yəməxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən birqadın qəfil qatarın qarşısına çıxıb.

Trend bu barədə QSC-yəistinadən xəbər verir.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə azolduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsindəciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindənxəstəxanaya çatdırılıb.

“ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməletməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə,qəflətən qatarın yoluna çıxmamağa çağırır”,- məlumatda qeydedilib.

Seçilən
34
11
Mənbələr
Şərh ()
Bağla