AZ

Fransa diplomatları daha bir ölkədən qovuldu

Burkina-Faso Xarici İşlər Nazirliyi üç fransız diplomatı “təxribatçı fəaliyyətinə görə” persona non-qrata elan edib. Onlardan ölkəni tərk etmək tələb olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Fransanın Uaqduqudakı səfirliyinə daxil olan notaya istinadən “Frans Press” (AFP) agentliyi məlumat yayıb.

Sənəddə deyilir: “Diplomatlar Burkina-Fasoda təxribat törətdiklərinə görə persona-non-qrata elan ediliblər”, - sənəddə deyilir.

Orada həmçinin qeyd edilir ki, üç diplomat “yaxın 48 saat ərzində Burkina Faso ərazisini tərk etməlidir”. AFP-nin məlumatına görə, üç diplomatdan ikisi siyasi məsləhətçi olub.

Zaur
BakuPost
Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla