AZ

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Aqrar

Ankara, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Ankara şəhərində Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində aqrar sahədə əməkdaşlıq üçün perspektiv istiqamətlər müəyyən edilib.

Daha sonra iki qardaş ölkənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında Aqrar tədqiqat və inkişaf sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi və İcra Komitəsinin 11-ci iclasının protokolu imzalanıb.

İkitərəfli əməkdaşlığın əhəmiyyətindən danışan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, imzalanan sənədlərin Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa, ticarətin artmasına xidmət edəcəyinə əmin olduğunu bildirib.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı isə öz növbəsində iki nazirlik arasında müəyyən edilən Fəaliyyət Planının bütün maddələrinin həyata keçirilməsinin vacibliyindən danışıb. “Azərbaycan ilə dialoq fəal şəkildə davam edir. Kənd təsərrüfatı sahəsində məhsuldarlığın artmasına xidmət edən əməkdaşlığa da böyük əhəmiyyət veririk”, - deyə türkiyəli nazir əlavə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla