AZ

“Uşaqlar mental cəhətdən hazır olmalıdılar” – İlham Yadullayev

Xəbər verdiyimiz kimi, ölkəmizin U-17 yığması aprelin 22-28-i aralığında Belarusun paytaxtı Minskdə keçiriləcək İnkişaf turnirində iştirak edəcək.

Yığmanın baş məşqçisi İlham Yadullayev səfər ərəfəsində “Football-plus.az”ın suallarını cavabladı:

“Ayın 21-dən 22-nə keçən gecə gedirik. Rəqiblərimiz Belarus, Özbəkistan və Tacikistan olacaq. Əslində bir rəqib Nikaraqua idi, amma Tacikistan millisiylə dəyişiblər. Bu, bizim artıq 2-ci beynəlxalq turnirimizdi. Hədəf, təbii ki, uşaqlara oyunumuzu, istədiklərimizi başa salmaq və meydanda bunu həyata keçirməkdi. Uşaqlar mental cəhətdən hazır olmalıdılar ki, belə turnirlərdə yaxşı çıxış edə bilsinlər. Demək olar ki, oyunla bağlı problem olmur, sadəcə, mental cəhətdən özlərinə inanmalı və artıq hər belə turnirdə inkişaf etməlidilər. Əsas məqsədimiz budu. Marset Akademiyasının üzvü olan 8 oyunçu da artıq vətənə gəlib, komandaya qoşulub”.

ELMİN
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla