AZ

Bu ölkə üç fransız diplomatını ölkədən qovur

Burkina-Faso Xarici İşlər Nazirliyi üç fransız diplomatı təxribat fəaliyyətinə görə persona non qrata elan edib və onlara ölkəni tərk etməyi əmr edib. 

News24.az xəbər verir ki, bu barədə “Frans Press” (AFP) agentliyi məlumat yayıb.

“Diplomatlar Burkina-Fasoda təxribat törətdiklərinə görə persona-non-qrata elan ediliblər”,- deyə sənəddə qeyd olunub.

Sənəddə həmçinin bildirir ki, üç diplomat yaxın 48 saat ərzində Burkina Faso ərazisini tərk etməli olacaqlar.

Qeyd edək ki,  üç diplomatdan ikisi siyasi məsləhətçi olub.

Xatırladaq ki, dekabrda agentlik Burkina Faso hakimiyyətinin diplomatik pasportlara malik dörd Fransa vətəndaşını casusluqda şübhəli bilinərək saxladığını bildirmişdi. Fransa tərəfinin məlumatına görə, onlar diplomatik missiyanın dəvəti ilə noyabrın sonunda texniki işlər görmək üçün Uaqduquya gəliblər və dekabrın 1-də polis tərəfindən saxlanılıblar. AFP-nin adının açıqlanmasını istəməyən diplomatik mənbəyə görə, Fransa bu texniki işçilərin kompüterə texniki xidmət işlərinə aid olmayan səbəblərə görə Burkina Fasoya göndərildiyinə dair iddiaları rədd edir.

Mehriban Mirzəzadə



Seçilən
48
2
Mənbələr
Şərh ()
Bağla