AZ

Finalçılar nə dedi?

Dünən basketbol üzrə ölkə kubokunda finalçılar bəlli olub. “Xəzri” yarımfinalda “NTD-İndiqo”ya (78:73), "Neftçi" isə “Sərhədçi”yə (91:73) qalib gəlib. Final görüşü aprelin 20-də keçiriləcək. “Football-plus.az” hər iki komandanın baş məşqçisi ilə danışıb.


Murat Dikmən (Xəzri):

“Dünənki matçda həm hücumda, həm də müdafiədə çox aqressiv oynadıq. Komanda xüsusilə birinci hissədə əla çıxış etdi. Oyun zamanı heç geri qalmadıq və statistikaların hamısında üstün tərəf idik. Taktiki cəhətdən oyun planlarımızı yaxşı həyata keçirdik və layiq olduğumuz qələbəni qazandıq. Bütün oyunçularımı və komandamı təbrik edirəm. Növbəti hədəfimiz finalda da eyni şəkildə oynayıb, kuboku qazanmaqdı. Rəqibimizin “Neftçi” olacağını düşünürdüm. Onları da finala çıxmaq münasibətilə təbrik edirəm. Ümid edirəm ki, bütün idmansevərlərə gözəl bir final göstərə bilərik. Artıq finala iki gün qalıb. Karyeram boyunca çoxlu turnirlər, kuboklar və pley-off matçları keçirmişəm. Düşünürəm ki, mövsüm boyunca planlı və proqramlı şəkildə məşq etmisizsə, bu iki gün kifayətdi”.

Anar Sarıyev (Neftçi):

“Dünənki oyunu çox bəyəndim. Komanda olaraq, əvvəldən axıra kimi dözdük. Demək olar ki, müdafiədə qoyduğumuz planların hamısını yerinə yetirdik. Yarımfinala çıxan komandaların hamısının finalda oynamağa haqqı var. Amma “Xəzri” çox yaxşı mübarizə apararaq, finala vəsiqə qazandı. Onları da təbrik edirəm. Sabah məşqdə səhvlərimizin hamısını danışıb, müzakirə edəcəyik. Hər oyunda olduğu kimi, finala da maksimum yaxşı nəticə qazanmaq üçün çıxacağıq”.

GÜNAY SÜLEYMANOVA
Seçilən
76
Mənbələr
Şərh ()
Bağla