AZ

Kurqan yaxınlığındakı Tobol çayında suyun səviyyəsi 977 sm-ə çatıb

Aprelin 18-də Kurqan yaxınlığındakı Tobol çayında suyun səviyyəsi 6 saat ərzində 7 sm artaraq 977 sm təşkil edib.

Suyun səviyyəsi 850 sm olan “təhlükəli hadisə” həddini aşmaqdadır.

Kurqan vilayətində Tobol çayında suyun səviyyəsinin qalxması nəticəsində 669 yaşayış və 2376 bağ evinə ziyan dəyib, 25 yaşayış məntəqəsi işıqsız qalıb. Hakimiyyət orqanları Kurqan inzibati mərkəzi də daxil olmaqla, Tobol boyunca yerləşən yaşayış məntəqələrinin bütün sakinlərini dərhal təxliyə etməyə çağırıb. Qubernator Tobolda suyun səviyyəsinin 11 metrə çata biləcəyi “son dərəcə çətin vəziyyət” barədə xəbərdarlıq edib.

Mənbə: Lenta.ru

Seçilən
160
2
Mənbələr
Şərh ()
Bağla