AZ

Ərinin xəyanətinə görə boşandı, həkim pula görə ona səhv iynə vurdu - Gülnarın dəhşət dolu həyatı...

Gülnar Salmanova uzun illər şəkər xəstəliyindən əziyyət çəkib. Lakin ömrünün son illərində o, böyrək çatışmazlığından və xərçəngdən müalicə olunurdu. Aktrisanın özünün sözlərinə görə ağır xəstələnməsinə səbəb həkimin ona vurduğu səhv iynələr olub. O, müsahibələrinin birində deyirdi: Neçə il bundan əvvəl yüngül bir xəstəliyim var idi, həkim pula görə mənə səhv iynə vurdu. Xəstəlik də elə oradan başladı. Onu Allaha tapşırmışam. 


Səhv iynə ucbatından məni pis günə qoydu. O, çox pis insandır”.Sonralar aktrisanın vəziyyəti pisləşəndə həmin həkim onun evinə gələrək sistemin altında olan aktrisanın ayaqlarına düşüb, ona yalvarır ki, qurban olum, məni bağışla, iki yetim saxlayıram”.Aktrisa ona səhv müalicə edən həkim barədə heç vaxt hüquq-mühafizə orqanlarına müraciət etməyib. “Mən elə insan deyiləm. Bu yaşa çatmışam, polis, məhkəmə, prokurorluq yolu bilməmişəm. Elə şeyləri də sevmirəm. Amma gərək o, məni bu günə qoymayaydı”.Ətraflı TV11-in "Bu adam" verilişində..
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla