AZ

Atılan bütün addımlar əhalinin rifahı və sağlamlığı üçündür - ŞƏRH EDİLDİ

“Azərbaycanda son illərin quruculuq işləri dünya ölkələrində, beynəlxalq təşkilatlarda diqqətlə izlənilir. Tanınmış şirkətlərin investisiya maraqlarını təmin edən iri layihələrin həyata keçirilməsi vətəndaşlarımızın sosial problemlərinin həllinə kömək edir, o cümlədən yeni iş yerlərinin açılmasında, ən əsası isə ölkəmizin iqtisadi inkişafında önəmli rol oynayır. Prezident İlham Əliyevin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Məhz bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılır, baş tutan açılışlar və təməlqoyma mərasimləri isə görülmüş işlərin həcminin göstəricisidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, dövlətimizin başçısının regionlara etdiyi səfərlər iqtisadi əhəmiyyəti ilə yanaşı həm də böyük siyasi önəm kəsb edir: “Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə davam edən inkişaf tempinə müvafiq olaraq regionlarda abadlıq-quruculuq, yenidənqurma işləri davam etdirilir. Regionların iqtisadiyyatını möhkəmləndirməklə yanaşı, burada yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində də əməli işlər görülür. Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Bütün bu sadalanan amillər ölkə başçımız tərəfindən həm regionlara, həm də orada yaşayan vətəndaşlarımıza, onların sağlamlığına, maddi rifahına göstərilən xüsusi diqqətin təzahürüdür. Cənab Prezidentin müxtəlif bölgələrə müntəzəm səfərləri isə regionların tarazlı şəkildə inkişafına və müasirləşməsinə birbaşa xidmət edir. Azərbaycan Prezidentinin aprelin 9-da Hacıqabul rayonuna səfəri zamanı Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirakı, həmin gün “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi, Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanışlıq, Gəncə İdman Sarayının açılışında iştirak, Gəncə şəhər stadionunun təməlini qoyulması, Qəbələ rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak, 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışı, Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak deyilənlərə əyani sübutdur. Qeyd edək ki, atılan bütün addımlar əhalinin rifahı və sağlamlığı üçündür”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla