AZ

Fermerlərə verilən güzəştli kreditlərin məbləği artıb

Bu ilin yanvar-mart ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 3823 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib ki, bu da bir il öncəki göstəricini 3,2 dəfə üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Aqrar Tədqiqatlar Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk rübündə aqrar sektorda fəaliyyət göstərən 807 fiziki və hüquqi şəxsə 16,4 milyon manat məbləğində güzəştli kredit verilib.

2023-cü ilin yanvar-mart aylarına nisbətdə güzəştli kredit alanların sayı 28,3 faiz (178 nəfər), kredit məbləği isə 21,5 faiz (2,9 milyon manat) artıb.

Bunun 15,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 35 min manatı güzəştli kreditlər, 832 min manatı isə mikrokreditlərdir.

Seçilən
52
5
Mənbələr
Şərh ()
Bağla