AZ

Bakıda jurnalisti aldadıb 2000 manata yaxınpulunu oğurladılar

Paytaxtda onlayn dələduzluqla qarşılaşan vətəndaş sosial şəbəkədə paylaşım edib.
Avtosfer.az xəbər verir ki, zərərçəkmiş jurnalist İradə Aytel istifadə etmədiyi mebeli “Lalafo” saytında satışa qoyub. Şikayətçi bildirib ki, bir müddət sonra ona Rusiya mobil operatoruna məxsus nömrədən mesaj gəlib. Belə ki, Sumqayıtda yaşadığını iddia edən alıcı mebeli bəyəndiyini və almaq istədiyini qeyd edib. Lakin o, kart vasitəsilə ödənişi edəcəyini və kuryerin mebeli gəlib götürəcəyini yazıb. Zərərçəkmiş ehtiyatlı davranaraq istifadə etmədiyi, balansında pul olmayan “Kapitalbank”a məxsus kartı alıcıya göndərib. Mebeli alan şəxs isə pulu proqramla yüklədiyi üçün gələn kodu ona yollamasını bildirib. Zərərçəkmiş kodu göndərdikdən sonra hesabına pulun köçürülməsinə baxmaq üçün bankın tətbiqinə daxil olub. Dəfələrlə proqrama girməyə cəhd etsə də, tətbiq açılmayıb. Daha sonra o, bankomata yaxınlaşaraq “Kapitalbank”a məxsus digər kartının (Birbank) cari hesabını yoxlayıb. Kartında 2000 manata yaxın pul olduğunu iddia edən şəxs balansının sıfır göstərdiyini bildirib. O, vəziyyətlə bağlı polisə müraciət edib və ardınca “Kapitalbank”la əlaqə saxlayıb. Şikayətçi başına gələn hadisəni bankın əməkdaşına izah edib və digər hesab kartındakı pulun necə oğurlandığını soruşub. Lakin zərərçəkmişin iddiasına görə, “Kapitalbank” onun suallarına cavab verə bilməyib.

Nərmin

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla