AZ

Spilberq UNO-lar haqqında film çəkir


Məşhur kinorejissor Stiven Spilberq yenidən elmi fantastikaya qayıdır.
Yeniavaz.com
həftəlik “Variety” jurnalına istinadla xəbər verir ki, “Oskar” mükafatlı rejissor öz ideyası əsasında UNO (Uçan Naməlum Obyekt) filmi çəkir.
Jurnalın qeyd etdiyinə görə, Spilberq 1993-cü ildə “Yura parkı” filmində əməkdaşlıq etdiyi ssenarist Devid Kepplə tandemdə işləyir.
Filmin adı hələ təsdiqlənməsə də, həmçinin film haqqında təfərrüatlar az olsa da, dünyanın ən böyük blokbasterlərindən birinin müəllifi olan rejissor və ssenaristin yenidən bir araya gəlməsi, şübhəsiz, həyəcanverici perspektiv vəd edir.
Qeyd edək ki, rejissor 1977-ci ildə ən təsirli yadplanetli hekayələrindən biri hesab edilən “Üçüncü növ yaxın əlaqələr” (“Close Encounters of the Third Kind”) filmindən sonra UNO haqqında film çəkməyib.
Filmdə aktyor Riçard Dreyfus İndianadan olan fəhlə Roy Niri rolunu oynayır. Onun həyatı UNO ilə qarşılaşdıqdan sonra dramatik şəkildə dəyişir.
Film qısa bir vaxtda böyük uğur qazandı, doqquz nominasiyada “Oskar” mükafatına, o cümlədən, ən yaxşı operator işi və ən yaxşı səs effekti montajına görə “Oskar”a layiq görüldü.
Daha sonra yadplanetli ilə dostluq edən Elliot adlı bir oğlan haqqında çəkilən “E.T.” filmi gəldi. 1982-ci ildə nümayiş etdirilən film dünya miqyasında 800 milyon dollardan çox gəlir əldə etdi və 1993-cü ilə qədər tarixin ən çox gəlir gətirən filmi adını saxlayaraq fenomenə çevrildi.
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla