AZ

Əlixan erkən nikahlardan film çəkir - Nazirlik dəstək vermədi

Aktyor, rejissor Əlixan Rəcəbovun yeni filmi işıq üzü görəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə özü məlumat yayıb.

O bildirib ki, film erkən nikahlara diqqət çəkmək məqsədilə ərsəyə gələcək:

“Film çəkmək üçün mən də hamı kimi digər filmlərdən, kitablardan və musiqilərdən bəhrələnirəm. Bəzən də narahat edən problemlər məni film çəkməyə məcbur edir. Məni hazırda narahat edən problem isə erkən nikahdır.

Necə olur ki, bir cəmiyyətdən dünyanın ən güclü şahmatçıları, idmançıları, bəstəkarları və 12 yaşında evli qızlar çıxır. Elə bil otaqda böyük fil var, amma biz onu görmək istəmirik. Ola bilsin, onu görür, amma yenə də heç nə etmək istəmirik. Fildir də. Adətdir. 

Başa düşürəm ki, bu cür problem bir günə həll olunmur, amma 100 ilə həll olunmasını da istəmirəm.

Ona görə hər bir vətəndaş bu problemlə rastlaşanda müvafiq orqanlara zəng etməlidir istər müəllimi, ginekoloqu, qonşusu, polisi, jurnalisti, şairi, aparıcısı, eşşəyimin qurd dayısı, kim olur olsun”.

Ə.Rəcəbov bildirib ki, Mədəniyyət Nazirliyindən film üçün dəstək istəsə də, qurum ona dəstək olmayıb:

“Mənim əlimdən film gəlir, ona görə də "Səriyyə" adlı filmə başlayıram.  Nazirlikdən dəstək istədim. Almadım.

Sağ olsun özəl sektor. Sentyabr ayında "Səriyyə" ekran üzü görəcək”.


Telegram kanalımız
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla