AZ

Armağan Çağlayan: “Kızıl Koncalar” və “Kızılcık Şerbeti” qadağan olduğu üçün çox izlənildi" - FOTO

Türkiyəli məşhur aparıcı Armağan Çağlayan yeni açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, Candaş Tolga Işıkın proqramına qonaq olan Çağlayan yayımı Türkiyə Televizya və Radio Şurası tərəfindən tez-tez qadağan olunan seriallardan danışıb.

Aparıcı qeyd edib ki, “Kızıl Koncalar” və “Kızılcık Şerbeti” seriallarının yayımı qadağan olunub qalmaqal yaratmasaydı bu qədər izlənilməyəcəkdi: 

“Kızıl Koncalar” və “Kızılcık Şerbeti” RTÜK tərəfidən qadağan olduğu üçün çox izlənildi. Qadağa təbliğatı daha da aktuallaşdırır. Yoxsa reytinqlərdə ilk olmayacaqdı".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
baku.ws

1Mənbələr