Türkiyəli məşhur aparıcı Armağan Çağlayan yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, Candaş Tolga Işıkın proqramına qonaq olan Çağlayan yayımı Türkiyə Televizya və Radio Şurası tərəfindən tez-tez qadağan olunan seriallardan danışıb.
Aparıcı qeyd edib ki, “Kızıl Koncalar” və “Kızılcık Şerbeti” seriallarının yayımı qadağan olunub qalmaqal yaratmasaydı bu qədər izlənilməyəcəkdi:
“Kızıl Koncalar” və “Kızılcık Şerbeti” RTÜK tərəfidən qadağan olduğu üçün çox izlənildi. Qadağa təbliğatı daha da aktuallaşdırır. Yoxsa reytinqlərdə ilk olmayacaqdı".