AZ

Uşaqlara idman müəllimi seçərkən nələrə diqqət etməliyik? - FİKİR BİLDİRİLDİ

“İdmana nə qədər tez başlanarsa, bir o qədər faydalı olar. İdman insanın beyninin və zehninin inkişafına müsbət təsir göstərir və ruh yüksəkliyi yaradır. Lakin uşaqları çox erkən yaşda idmana göndərmək düzgün hesab olunmur”. Bu sözləri SİA-ya danışan idman məşqçisi Elnur Əliyev deyib.

Onun sözlərinə görə, bir çox hallarda uşaq idmana hazır olmadıqda valideyn uşağı zorla idmana məcbur edir: “Məcburiyyətdən edilən idmanın isə uşağa heç bir faydası yoxdur. Əksinə, valideynlər uşaqlarına idmanın faydaları barədə məlumat verməli və uşaq bunu özlüyündə dərk etməlidir. Bəzən uşaqların hansı idmanın nəyə faydalı olduğu haqqında informasiyası da olmur. Bunu heç dərk də etmirlər. Məcburiyyət və valideyn basqısından sonra isə uşaqlarda idmana qarşı həvəs ölür. İnsan psixologiyası belə bir funksiyaya malikdir ki, zor, təpki, basqı altında olan bir şeyə qarşı onda aqressiya və mənfi assosiasiya yaranır. Bu isə özünü bütün yaş dövrlərində göstərə bilər”.

E.Əliyev hesab edir ki, uşağın xarakterinə uyğun olaraq, idman növü seçilməlidir: “Suyu sevməyən bir uşağı üzgüçülüyə göndərməyin heç bir mənası yoxdur. 3-4 yaşından etibarən uşağı idmana göndərmək məqsədəuyğun hesab olunur. Bu isə peşəkar idman müəllimləri tərəfindən həyata keçirilməlidir. Onu da deyim ki, yanlış seçilmiş idman növləri orqanizmdə müxtəlif xəstəliklərə səbəb ola bilər”.

Ləman Sərraf

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla