AZ

Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir - Sahibə Qafarova

Bakı. Trend:

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə diqqətyetirdiyi əsas məsələlərdən biri də neokolonializmə qarşı mübarizəolub. Təəssüf ki, XXI əsrdə müstəmləkəçilik təfəkkürü hələ də davametməkdədir.

Trend xəbər verir ki, bufikirləri Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdəolan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ƏraziPlanlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və RabitəKomitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri OmayraNaiselinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdəsəsləndirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevneokolonializmi keçmişin utancverici mirası adlandırıb. Bu mirasıdavam etdirən ölkələrdən ən birincisi də Fransadır.

Milli Məclisin sədri qonaqların diqqətinə çatdırıb ki, keçmişdəöz müstəmləkələrində apardığı qeyri-qanuni fəaliyyətlərə, törətdiyicinayətlərə görə üzr istəmək əvəzinə, Fransa öz müstəmləkəsiyasətini yeni formalarla, metodlarla davam etdirir, özünündənizaşırı ərazilərindəki xalqların azadlıq istəklərinə, müstəqilolmaq hüquqlarına hörmət etmir, bütün vasitələrlə onların qarşısınıalmağa çalışır.

Sahibə Qafarovanın sözlərinə görə, neokolonializm siyasətininəsasında irqçilik, ksenofobiya, özünü, öz hüquqlarını, mənafelərinidigərlərindən üstün tutmaq dayanır.

Yeni Kaledoniyada əhalinin yarıdan da çoxunun iştirakı olmadankeçirilmiş referendumun nəticələri və törədilən əngəllər barədədanışan Milli Məclisin sədri, XXI əsrdə Fransanın belə primitivvasitələrə əl atmaqla, xalqların hüquqlarını kobud şəkildəpozmasının qəbuledilməz olduğunu deyib.

Seçilən
76
4
Mənbələr
Şərh ()
Bağla