AZ

İmicini kökündən dəyişən Rihanna çox bəyənildi - FOTO

Dünya şöhrətli pop ulduz Rihanna imicini kökündən dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə fotolar “People” saytında dərc olunub.

Belə ki, Rihanna aprelin 17-də Londonda keçirilən “Fenty x Puma” tədbirinə qatılıb. Müğənni ictimaiyyət qarşısına tünd qəhvəyi kombinezon, həcmli palto və idman ayaqqabısı ilə çıxıb.

Məşhur görünüşünü qızıl zəncirlər, qəhvəyi çərçivəli, sarı linzalı gün eynəyi və sırğalarla tamamlayıb. İfaçının yeni saçları isə ən çox diqqət çəkən məqam olub.

Vizajistlər ulduza qara göz layneri və qırmızı pomada ilə makiyaj ediblər. Rihannanın yeni görünüşü sosial şəbəkələrdə çoxları tərəfindən bəyənilib.

Rihanna bu yaxınlarda görünüşündən narazı olduğunu açıqlayıb. Müğənni etiraf edib ki, ikinci övladı dünyaya gələndən sonra sinəsini qaldırmağı düşünür.

“Mən sinələrimin əvvəlki vəziyyətinə qayıtmasını istəyirəm. İmplant istəmirəm. Mən sadəcə onun qaldırılmasını istəyirəm”, - deyə müğənni bildirib.

Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla