AZ

"Belə bir şeyi xəyal edə bilməzdim!" - Bellinqhem

"Real Madrid"in ingilis yarımmüdafiəçisi Cud Bellinqhem İspaniya klubunda çıxışı haqqında danışıb.

 

Sfera.az bildirir ki, o, "Real"da tənqidə məruz qalmağın normal olduğunu dilə gətirib:

 

"Real Madrid"də oynayırsansa, tənqidlərlə qarşılaşmalısan. Amma hər gün "Real Madrid" formasını geyinirəm və bunun necə gözəl olduğunu hiss edirəm. Heç vaxt belə bir şey xəyal edə bilməzdim!”.

 

Xatırladaq ki, Bellinqhem ötən yay Madrid klubunun futbolçusu olmuşdu. İngilis futbolçu "Real Madrid"ə Dortmund "Borussiya"sından keçib. Bu mövsüm 20 yaşlı yarımmüdafiəçi "Los Blankos"un heyətində bütün turnirlərdə 35 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə edib. Cudun Madrid ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.

 

Fatimə Lətif

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla