AZ

“Bavariya”nın prezidenti Almaniya millisinin baş məşqçisi ilə maraqlandıqlarını təsdiqləyib

Almaniyanın “Bavariya” klubunun prezidenti Herbert Hayner əsas millinin baş məşqçisi Yulian Naqelsmannla maraqlandıqlarını təsdiqləyib.

“Report” xəbər verir ki, Münhen təmsilçisinin rəhbəri sabiq çalışdırıcını qaytarmaq niyyətində olduqlarını gizlətməyib.

Ancaq o, 36 yaşlı mütəxəssisin dönüşünün asan başa gəlməyəcəyini etiraf edib: “Naqelsmannın nə vaxt qərar verəcəyini bilmirəm. Bildiyim qədər Almaniya Futbol Assosiasiyası da onun qalmasında maraqlıdır. Vəziyyətə baxacağıq”.

Qeyd edək ki, Yulian Naqelsmann 2021-2023-cü illərdə “Bavariya”ya rəhbərlik edib. Onun Almaniya Futbol Assosiasiyası ilə müqavilə müddəti iyulun sonuna qədərdir.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla