AZ

İçkili sərnişin taksi sürücüsünün başına oyun açdı - VİDEO

Taksi sürücüsü ilə sərnişin arasındakı mübahisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, vətəndaş Şirinov Ceyhun “Bolt” xidmətindən taksi sifariş edib.

Sərnişin mobil telefonunu 99-VC-184 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobildə unudub. Daha sonra sürücü ilə əlaqə saxlayaraq telefonu evinə gətirməsini xahiş edib. Taksi sürücüsü telefonu gətirdikdən sonra çatdırılma üçün pul tələb edib. İçkili olan Şirinov Ceyhun isə buna etiraz edib. Nəticədə mübahisə yaranıb, sərnişin 102 qaynar xəttinə zəng edib.

Qeyd edək ki, Şirinov Ceyhunun sürücüyə və öz ailə üzvlərinə qarşı aqressiyası görüntülərdə aydın şəkildə əks olunub. Onun davranışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Məhəbbət Tərlanoğlu

Seçilən
70
9
Mənbələr
Şərh ()
Bağla