AZ

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Bakı, 18 aprel, AZƏRTAC

Fransa bu gün başqa ölkələri barmaq silkələyərək müxtəlif məsələlərdə günahlandırır, amma öz gözündə olan tiri görmək istəmir. Bu gün Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır və dənizaşırı departamenti adı altında bu müstəmləkəçilik siyasətini aparır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda aprelin 18-də parlamentdə keçirilən elmi konfransda səsləndirib.

O bildirib ki, Fransa 1873-cü ildən bəri kanak xalqını işğal altında saxlayır, onların bütün hüquqlarını pozur. “Fransa bu gün yeganə ölkədir ki, dünyada məskunlaşdırıcı kolonializm siyasətini davam etdirir. Təəssüflər olsun ki, hər 10 ildə biz kanak xalqının sayının azaldığını, etnik fransızların isə çoxaldığını görürük”, - deyə T.Gəncəliyev qeyd edib.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla