AZ

Tanınmış şirkət AlatBay Logistik Mərkəzi EDGE ADVANCED GREEN sertifikatına - LAYİQ GÖRÜLÜB - FOTOLAR

Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən AlatBay Logistik Mərkəzi EDGE GREEN sertifikatlaşdırma prosesinin layihələndirmə, tikinti və audit mərhələlərini uğurla başa vuraraq EDGE ADVANCED GREEN sertifikatına layiq görülmüşdür.

FED.az xəbər verir ki, EDGE Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən yaşıl investisiyalar sahəsində tətbiq edilən innovativ metodologiyadır.

Alat Bay Logistik Mərkəzi hazırda Ələt Azad İqtisadi Zonasının hüquqi şəxsləri ilə yanaşı, yerli və xarici şirkətlərə yüklərin idarə edilməsi ilə bağlı müxtəlif logistik və anbarlama xidmətlərini həyata keçirməkdədir.

Logistik Mərkəzin layihələndirilməsinə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə yaşıl investisiya sahəsində fəaliyyət göstərən beynəlxalq məsləhətçilər cəlb edilmiş və layihə üzrə bütün işlər EDGE GREEN metodologiyası əsasında həyata keçirilmişdir.

Layihənin icrası nəticəsində gələcək cari sərfiyyat üzrə 41% enerjiyə və 26% suya qənaət edilməsinə nail olunmuşdur. Ekoloji təsirin bu müstəsna səviyyəsinə cavab verən layihənin icrası təkcə layihə istifadəçilərinə deyil, həm də ətraf mühitə gələcək illərdə davamlı müsbət təsir göstərəcəkdir.

Bir neçə ay sonra ölkəmizdə mötəbər COP-29 tədbirinin keçirilməsi fonunda EDGE GREEN standartlarına nail olmamız bizim üçün qürurvericidir. Alat Bay ailəsi olaraq davamlı innovasiya və ekoloji mükəmməlliyə sadiqliyimizi bir daha təsdiq edirik, və bununla nümayiş etdiririk ki, hər birimiz təbii sərvətlərimizi qoruyaraq ətraf mühitimizi gözəlləşdirə bilərik.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla